Rusiya Kramatorsk şəhərini “İsgəndər” raketi ilə vurub

Dünya

08.07.2022 - 07:50

Həkimlər Klinikalar SEO Xidməti

Raket zərbələri nəticəsində bir nəfər həlak olub

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.

AYNA UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb: “Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş