Rusiya Kiyevə PUA-larla hücum edib

Dünya

31.08.2024 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyevi təhdid edən Rusiyanın bütün hücumları dəf edilib”

Avqustun 31-nə keçən gecə ruslar bir həftə ərzində dördüncü dəfə pilotsuz təyyarələrlə Kiyevə hücum edib. Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna paytaxtına doğru uçan bütün PUA-ları vurub. AYNA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsindən bildirilib.

“Bu həftə Kiyevə dördüncü hava hücumu oldu. Son hücumlar zamanı olduğu kimi, düşmən yenə də ilkin olaraq “Şahed” kimi hücum PUA-larından istifadə etdi”, - İdarənin rəhbəri Sergey Popko bildirib.

Popkonun sözlərinə görə, Kiyevə bütün gecə, müxtəlif istiqamətlərdə PUA-lar daxil olub, paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə təxminən 4 saat davam edib.

“Hava Hücumundan Müdafiə Qüvvələri vasitələrindən istifadə etməklə Kiyevi təhdid edən Rusiyanın bütün hücumlarını dəf edib. İlkin olaraq, şəhərdə dağıntı və tələfat yoxdur", - o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş