Rusiya ilə Ukrayna üç günlük atəşkəs barədə razılığa gəlib

Dünya

09.05.2026 - 00:41

Atəşkəs bütün hərbi əməliyyatların tamamilə dayandırılmasını, eləcə də hər tərəfdən 1000 əsir mübadiləsini nəzərdə tutur

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın üç günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O atəşkəsin 9, 10 və 11 may tarixlərində davam edəcəyini söyləyib.

AYNA.AZ xəbər verir ki, Tramp sosial media platforması “Truth Social”da yazıb: "Rusiyada da, Ukraynada da Qələbə Günü qeyd edilir. Çünki onlar İkinci Dünya müharibəsində mühüm rol oynayıblar".

Tramp qeyd edib ki, atəşkəs bütün hərbi əməliyyatların tamamilə dayandırılmasını, eləcə də hər tərəfdən 1000 əsir mübadiləsini nəzərdə tutur: "Bu tələbi şəxsən mən etdim və Prezident Vladimir Putin və Prezident Volodimir Zelenskinin razılığa gəlməsini çox yüksək qiymətləndirirəm".

Amerika lideri ümid etdiyini bildirib ki, bu, "çox uzun, qanlı və çətin müharibənin sonunun başlanğıcı" olacaq. O münaqişəyə son qoymaq üçün danışıqların davam etdiyini və hər keçən gün tərəflərin "məqsədlərinə yaxınlaşdıqlarını" əlavə edib.

Ukrayna Prezidenti Trampın açıqlamasını təsdiqləyib: "Bu gün, Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin bir hissəsi olaraq, Rusiyanın 1000-ə 1000 məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 mayda atəşkəs elan edildi".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş