Rusiya hökumətinə erməni rəhbərlik edəcək

Xəbərlər

16.01.2020 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Baş Nazirliyə namizəd Mixail Mişustin yarı ermənidir

 

Vladimir Putin Rusiyanın vergi xidmətinin rəhbəri Mixail Mişustini Baş Nazir vəzifəsində görmək istəyir. AYNA erməni mediasına istinadən xəbər verir ki, Mixail Mişustinin milliyyətcə yarıerməni olduğunu sübut edən dəlillər var.

 

Belə ki, bu yay Mişustin İrəvanda keçirilən WCIT-2019 Ümumdünya İnformasiya Texnologiyaları Konqresində çıxış etmək üçün Ermənistana səfər edib. Səfər çərçivəsində, həmçinin məşhur “Ayb” (Айб) erməni məktəblərindən birini ziyarət edib.

 

“Baqramyan 26” qeyd edir ki, Mixail Mişustin güc strukturlarına təsadüfən düşmüş şəxslərdən biridir.

 

O, sistem mühəndisliyi ixtisası üzrə təhsil alıb və bir müddət AOZT "Beynəlxalq Kompüter Klubu"nda öz ixtisasına uyğun işləyib. "Beynəlxalq Kompüter Klubu" Mişustinin yaxın dostu Levon Amdilyan tərəfindən təsis edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş