Rusiya hərbçilərin sayını 1,5 milyona çatdırır

Dünya

17.09.2024 - 10:33

Həkimlər Klinikalar SEO Xidməti

Vladimir Putin şəxsi heyətin artırılması haqqında Sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin daha da artırılması haqqında Sərəncam imzalayıb. AYNA rus mediasına istinadən bildirir ki, Sərəncama əsasən, 2 milyon 389 min 130 vahid, o cümlədən tam 1,5 milyon hərbi qulluqçu müəyyən edilib.

Silahlı Qüvvələrin ştat cədvəlinin artırılması ilə bağlı əvvəlki Sərəncam ötən ilin dekabrında imzalanıb. O, hərbçilərin sayını 1 milyon 320 min nəfər müəyyənləşdirib. Beləliklə, hərbi qulluqçuların sayı 180 min nəfər artacaq, Silahlı Qüvvələrin mülki heyəti isə əvvəlki kimi qalacaq.

Ümumilikdə, 2023-cü il yanvarın 1-dən, yəni 2 ildən az müddətdə Rusiyada hərbi qulluqçuların sayı demək olar ki, 350 min nəfər artıb.

Yeni Sərəncam 2024-cü il dekabrın 1-dən, yəni orduya payız çağırışının sonunda qüvvəyə minəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş