Rusiya hərbçiləri Severodonetski tam nəzarət altına alıb

Xəbərlər

25.06.2022 - 21:04

Aleksandr Stryuk: Şəhər o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq 

Rusiya hərbçiləri Ukraynanın Severodonetsk şəhərini tamamilə nəzarət altına alıblar. AYNA xəbər verir ki, bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk bildirib.

"Şəhər artıq tamamilə Rusiyanın nəzarəti altındadır, artıq komendant da təyin edilib. Severodonetsk o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər yenidən Ukraynanın nəzarətinə keçəcək”, - deyə Stryuk deyib.

Müəllif: Ayna.az