Medinski:“Rusiya 19 həlak olmuş əsgərin cəsədini qəbul edib”
“Rusiya İstanbul razılaşmaları çərçivəsində həlak olan 1000 Ukrayna əsgərinin cəsədini Ukraynaya təhvil verib”. AYNA.AZ xəbər verir ki, bu barədə iyulun 17-də Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski özünün “Telegram” kanalında məlumat yayıb.
“İstanbul razılaşmalarının davamı olaraq bu gün daha 1000 ukraynalı əsgərin cəsədi Ukraynaya təhvil verilib”, - qeyd edib.
Medinski onu da əlavə edib ki, cavab olaraq Rusiya 19 həlak olmuş əsgərin cəsədini qəbul edib.
“Şəhid olmuş hərbçilərimizin 19 cəsədini qəbul etdik”, deyə Medinski fikrini yekunlaşdırıb.