Rusiya əsgəri Norveçdən sığınacaq istəyib

Dünya

23.08.2025 - 19:47

Əsgər hazırda Norveç hakimiyyət orqanları tərəfindən dindirilir

Rusiya əsgəri Norveçdən sığınacaq almaq üçün müraciət edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Dagbladet” nəşri məlumat yayıb.

Polislə söhbətində əsgər Finmarkanın Qrense Yakobselv limanı vasitəsilə ölkəyə qanunsuz daxil olduğunu etiraf edib.

Vəkil Trond Biti bildirib ki, həmin şəxs piyada sərhədi keçərək sığınacaq istəyib.

“Sərhədi keçdikdən sonra o özü yerindəcə Norveç hakim qurumları ilə əlaqə saxlamağa çalışıb”, vəkil aydınlıq gətirib.

Eyni zamanda, vəkil həmin şəxsin əvvəllər Rusiya ordusunda xidmət etdiyini və Ukraynada olduğunu təsdiqləyib.

Əsgər hazırda Norveç hakimiyyət orqanları tərəfindən dindirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş