“Ermənistanın Avropa İttifaqına üzvlük prosesi davam edərsə, Moskva qaz, neft və yanacaq təchizatı ilə bağlı müqavilələri dayandıracaq”
Rusiya Ermənistana xəbərdarlıq edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, “Ermənistanın Avropa İttifaqına üzvlük prosesi davam edərsə, Moskva qaz, neft və yanacaq təchizatı ilə bağlı müqavilələri dayandıracaq”.
Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, Rusiya qaz, neft məhsulları və cilalanmış almaz təchizatı müqavilələrini dayandıracaq və ya ləğv edəcək.
Zaxarova həmçinin qeyd edib ki, Moskva mümkün tədbirlər barədə Ermənistanı rəsmi olaraq məlumatlandırıb.