Rusiyaya balıq tədarük edən Ermənistan şirkətlərinin əksəriyyəti yoxlamalardan keçməyib və ya imtina edib
İyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan olunacaq. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə məlumatı “Rosselxoznadzor” yayıb.
Məlumata görə, Rusiyaya balıq tədarük edən Ermənistan şirkətlərinin əksəriyyəti yoxlamalardan keçməyib və ya imtina edib. Buna görə də, aşkar edilmiş pozuntular aradan qaldırılana qədər onların sertifikatlaşdırılması dayandırılıb.
Qeyd edək ki, Rusiya əvvəllər Ermənistandan meyvə-tərəvəz, gül, müəyyən növ konyak və şərab idxalını, eləcə də “Cermuk” mineral suyunun satışını qadağan etmişdi.