Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir

Xəbərlər

25.11.2021 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

“Sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar”

“Rusiyanın səmərəli vasitəçilik səyləri nəticəsində Ermənistan-Azərbaycan sərhədindəki gərginlik operativ şəkildə aradan qaldırılıb”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz sərhəddəki vəziyyəti diqqətlə izləməyə davam edirik. Hərbçilərimiz və əlbəttə ki, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar”, - Rusiya XİN rəsmisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş