Fevralın 15-dən etibarən uçuşlar başlayacaq
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.
Məlumatda qeyd edilib ki, 15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib.
Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə qədər artırılıb.