Rusiya Azərbaycanla Cənubi Qafqazda nəqliyyat blokunun açılmasını müzakirə edəcək

Xəbərlər

15.08.2025 - 12:44

"Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub”

"Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm". AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq", - o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş