Rusiya Azərbaycan üzərindən İrana humanitar yardım göndərəcək

Xəbərlər

12.03.2026 - 16:52

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Azərbaycan üzərindən İrana humanitar yardım çatdıracaq. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusdiya FHN məlumat yayıb.

"Nazirliyin aviasiyası tibbi ləvazimatların sonradan İran İslam Respublikası hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil verilməsi üçün Azərbaycan Respublikasına çatdırılmasını təşkil edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi 13 tondan çox ağırlığında humanitar yardım çatdıracaq", - deyə açıqlamada bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş