Rusiya Avropa Birliyinin sanksiyalarına cavab hazırlayır

Dünya

22.12.2020 - 14:50

Siyahıda olanların hamısının Rusiyaya girişinə qadağa qoyulması gözlənilir

 

Rusiya Avropa Birliyinin Aleksey Navalnı ilə bağlı sanksiyalarına cavab hazırlayır. Kremlin sanksiya siyahısına Fransa, Almaniya və İsveçdən on yüksək vəzifəli şəxsin daxil ediləcəyi gözlənilir. AYNA xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Almaniyanın müdafiə nazirinin iki müavini və Fransa Müdafiə Nazirliyinin nümayəndələri, habelə Almaniya Federativ Respublikasının Federal Kansleri və Fransa Prezidentinin Kabineti rəhbərliyinin nümayəndələri məhdudiyyətlərə məruz qala bilərlər.

 

Bundan əlavə, sanksiyalar Navalnının nümunələrinin öyrənilməsində iştirak edən laboratoriya rəhbərlərinə də təsir edə bilər. Bu şəxslərin hamısının bu və ya digər şəkildə Navalnı işinin istintaqında Moskva ilə iş birliyindən imtina etdiyi və mövcud vəziyyətdən istifadə edərək Avropa Birliyi tərəfindən yeni anti-Rusiya sanksiyalarının tətbiq olunmasına fəal töhfə verdiyi qeyd olunur. Sanksiya siyahısında olanların hamısının Rusiyaya girişinə qadağa qoyulması gözlənilir.

Müəllif: Ayna.az