“Moskva bu cür təxribatlara cavab tədbirlərini Şimali Koreya və Çin tərəfləri ilə birlikdə əlaqələndirəcək”
“ABŞ və Yaponiya Rusiya və Çindən gələn hərbi təhlükə bəhanəsi ilə Sakit okean regionunda genişmiqyaslı münaqişəyə hazırlaşır”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin mətbuat konfransında bildirib.
“Şimali Koreya, Çin və Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərin arxasında gizlənən hər iki tərəf genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır", - diplomat bildirib.
Onun sözlərinə görə, Moskva bu cür təxribatlara cavab tədbirlərini Şimali Koreya və Çin tərəfləri ilə birlikdə əlaqələndirəcək.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya hərbçiləri ABŞ-ın Yaponiyada yeni hərbi komandanlıq açmaq planları məsələsini öyrənəcəklər.