Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin yaradılması tələbini təkrarlayıb
Rusiya ABŞ-a Ukraynada sülh sazişinin şərtlərini əks etdirən qapalı diplomatik nota (“qeyri-kağız”) göndərib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin yaradılması tələbini təkrarlayıb.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın mövqeyi faktiki olaraq ABŞ Prezidenti Donald Trampın hazırkı siyasəti ilə ziddiyyət təşkil edir. O öz növbəsində, mövcud mövqelərdə cəbhə xəttinin dondurulmasının tərəfdarıdır.