“Rus turistlərə güvənmək siqaret çəkən adamı samanlığa buraxmaq kimidir”

Dünya

12.09.2022 - 18:34

Yuris Ekşteyns: “Rusiyalı turistlərin sözünə inanmaq çox təhlükəlidir”

Litva, Latviya və Estoniya Avropa İttifaqının (Aİ) Şengen vizalarına malik Rusiya Federasiyası vətəndaşlarının öz sərhədlərini keçməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq barədə razılığa gəlib. “Fakty.com.ua” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “Twitter” sosial şəbəkəsində məlumat verib.

“Baltikyanı ölkələr Aİ Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının sərhədi keçməsinə əhəmiyyətli məhdudiyyət (bəzi istisnalarla) barədə razılığa gəlib”, - deyə o bildirib.

Məlumdur ki, Baltikyanı ölkələrin hakimiyyət orqanları sərhədləri humanitar səbəblərlə keçən ruslar, diplomatlar, qohumlarına baş çəkənlər, eləcə də yük maşını sürücüləri üçün istisna etmək niyyətindədir.

Rinkeviç əlavə edib ki, qərar hər bir ölkə tərəfindən ayrıca, öz qanunvericiliyinə uyğun olaraq qəbul ediləcək. Yeni qaydalar eyni vaxtda qüvvəyə minəcək.

Avqustun sonunda Aİ-nin beş ölkəsi - Polşa, Litva, Finlandiya, Estoniya və Latviya öz ölkələrinə daxil olan rusların sayını azaltmaq üçün milli tədbirlər görməyə hazır olduqlarını bildirib və Aİ-ni kollektiv tədbirlər görməyə çağırıb.

Sentyabrın 6-da Avropa Komissiyası Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin tam dayandırılması ilə bağlı təklifləri təsdiqləyib.

Aİ-nin daxili işlər üzrə komissarı Ylva Yohansson qeyd edib ki, təkliflər Aİ Şurası tərəfindən təsdiq olunarsa, o zaman Rusiya Federasiyası ilə sadələşdirilmiş viza rejimi sentyabrın 12-dən fəaliyyətini dayandıracaq.

Bu məhdudiyyətlər ruslar üçün nə deməkdir? Bəs onlar Avropa üçün nə deməkdir? Onların mənası ondan ibarətdir ki, işğalçı ölkənin sakinləri normal ölkələrdən gələnlər kimi özlərini dünya miqyasında gəzməkdə sərbəst hiss etməməlidirlər? Yəni bu, Rusiya cəmiyyətinin bir hissəsini (səyahət etmək imkanı olan) Ukraynada etdiklərinə görə öz hökumətinin məsuliyyətini dərk etmək cəhdidirmi? Bu məhdudiyyətlər ideal olaraq hansı nəticələrə gətirib çıxara bilər və çıxarmalıdır?

Baş verənləri AYNA-ya tanınmış latviyalı jurnalist Yuris Ekşteyns (Liepaja) şərh edib:

“Bu məhdudiyyətlər, mənə elə gəlir ki, ən azı iki səbəbə görə davam edəcək. Fakt budur ki, son altı ayda Latviya, Litva, Estoniya və Polşa faktiki olaraq cəbhəyanı dövlətlərə çevrilib.

Ukraynadan qaçqın axını ilk növbədə bizim ölkələrin üzərinə düşür. Qaçqınların bir qismi buradan da Qərbi Avropaya keçir. Digərlərinin daha irəli getmək üçün yeri və imkanı yoxdur və onlar Baltikyanı ölkələrdə qalırlar.

Eyni zamanda latviyalıların, litvalıların və estonların köməyi ilə dolu avtomobil karvanları durmadan Ukraynaya doğru hərəkət edir. Ölkələrimizin miqrasiya xidmətləri, təhlükəsizlik strukturları bununla bağlı çox böyük təzyiq altındadır.

Rusiyalı turistlərin Avropada gedən müharibə şəraitində məqsədinin sırf Baltikyanı ölkələrdə turizm olduğunu, üstəlik Rusiya Federasiyası tərəfindən beynəlxalq hüquq aktlarının tamamilə pozulması ilə müşayiət olunan şəraitdə qəbul etmək çox böyük mənəviyyatsızlıq və təhlükəli oyundur.

İkinci səbəb: Rusiya Federasiyasının Ukraynada açdığı oyunların fonunda Baltikyanı ölkələrdəki Rusiya turizmi böyük mənəviyyatsızlıq kimi görünür. Obrazlı desək, hər kəsin siqaret çəkmək və ya çəkməmək hüququ var. Amma eyni zamanda, hər kəsin haqqı var ki, siqaret çəkəni öz saman tayası olan anbarda gecələməyə qoymasın. Çünki saman barıt kimi yanır və yanğını söndürmək üçün kömək gözləmək imkanları yoxdur. Əgər kimsə samanlığunda siqaret çəkən adam görsə, yəqin ki, ilk fikri həm saray, həm də ev yanmazdan əvvəl siqaret çəkəni dərhal samanlıqdan çıxarmaq olardı.

Və yalnız bundan sonra onunla hüquq və azadlıqlar haqqında danışmaq olar. Rus şairi, Nobel mükafatı laureatı İosif Brodskinin qeyd etdiyi kimi, “əvvəlcə terapiya, sonra etika””.

Müəllif: Rauf Orucov