Rus generalın qətlinə görə saxlanılan şəxs Özbəkistan vətəndaşıdır

Dünya

18.12.2024 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs müstəntiq qarşısına çıxarılıb: istintaq-əməliyyat tədbirləri davam etdirilir

Ötən gün Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisin qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşıdır. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsindən xəbər verilib.

Qeyd olunub ki, Kirillova qarşı terror aktını törədən şəxs 29 yaşlı Özbəkistan vətəndaşıdır.

Məlumata görə, general Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi İrina Volk deyib ki, İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs müstəntiq qarşısına çıxarılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, dünən səhər saatlarında Moskvada Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub. Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb. Müstəntiqlərin fikrincə, partlayıcı qurğu girişin yanında dayanmış skuterə yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş