Rus diplomatların ATƏT-in iclasına girişinə qadağa qoyula bilər

Dünya

20.09.2024 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

“Finlandiya məsələ ilə bağlı hələlik heç bir qərar qəbul etməyib, lakin...”

2025-ci ildə ATƏT-ə sədrlik edəcək Finlandiyanın xarici işlər naziri Elina Valtonen ölkənin rus diplomatlarının təşkilatın iclasına daxil olmasına qadağa qoyacağını istisna etməyib.

AYNA xarici mediaya istinadən bildirir ki, Valtonenin sözlərinə görə, Finlandiya məsələ ilə bağlı hələlik "heç bir qərar qəbul etməyib", lakin qadağa "mümkün bir ssenaridir".

Qeyd edək ki, 2024-cü ildə Rumıniya Xarici İşlər Nazirliyi Rusiya və Belarus nümayəndə heyətlərinə ATƏT Parlament Assambleyasının planlaşdırılan sessiyasında iştirak etmək üçün viza və ölkəyə giriş icazəsi verməkdən imtina edib. 2022-ci ildə Polşa o vaxt ATƏT-in sədri olduğu üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının Lodzda keçirilən iclasında iştirakına icazə verməkdən imtina edib.

Müəllif: Ayna.az