Rubio Roma Papası ilə görüşüb

Dünya

07.05.2026 - 23:35

Danışıqlar zamanı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb

ABŞ dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, görüşdə ABŞ ilə Vatikan arasındakı güclü münasibətlər, sülhün və insan ləyaqətinin təşviqinə ortaq öhdəliklər vurğulanıb.

Vatikanın açıqlamasında isə danışıqlar zamanı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığı bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş