Rubio Macarıstan və Slovakiya ilə Rusiya barədə danışacaq

Dünya

13.02.2026 - 12:41

Rusiyadan enerji idxalının dayandırılması məsələsini müzakirə ediləcək

ABŞ dövlət katibi Marko Rubio Macarıstan və Slovakiya hakimiyyəti ilə Rusiya enerji resurslarının idxalının dayandırılmasını müzakirə etməyi planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Rubionun özü bildirib.

"Bbu barədə onlarla danışacağıq. Nələrin baş verməli olduğunu danışacağıq", - deyə o Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya uçmazdan əvvəl jurnalistlərə deyib.

ABŞ dövlət katibi əlavə edib ki, "bəli, bu görüşlərdə nələri müzakirə edəcəyimiz barədə ətraflı məlumat verməyəcəyəm. Amma ilk növbədə, bunlar bizi çox güclü dəstəkləyən, ABŞ ilə fəal əməkdaşlıq edən və bizimlə sıx əməkdaşlıq edən ölkələrdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş