Roma Papası Yaxın Şərqdə sülhə çağırış edib

Dünya

02.09.2024 - 02:47

Həkimlər Klinikalar SEO Xidməti

Pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib. AYNA xarici mediaya istinadən bildirir ki, pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb.

Roma Papası Qəzzada ən qısa zamanda atəşkəsə nail olmağın zəruriliyini bildirib, münaqişənin Fələstinin digər şəhərlərinə yayılma riskindən narahatlığını ifadə edib.

O, girovların azad edilməsinin və müxtəlif xəstəliklərin yayıldığı Qəzzada insanlara yardım etməyin vacibliyini vurğulayıb.

“Müqəddəs torpaqda əmin-amanlıq, Qüdsdə sülh olsun. Qoy müqəddəs şəhər xristianların, yəhudilərin və müsəlmanların hörmət olunduğu və xoş qarşılandığı görüş yeri olsun, heç kim müqəddəs yerlərdə status-kvonu şübhə altına almasın”, - deyə pontifik əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş