Venesuelanın müvəqqəti rəhbəri ABŞ-ı regionda sabitliyin təşviqinə yönəlmiş əməkdaşlıq proqramı üzərində işləməyə dəvət edib
Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodriqez ABŞ hökumətini regionda sabitliyin təşviqinə yönəlmiş əməkdaşlıq proqramı üzərində işləməyə dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Rodriqez bildirib ki, "ABŞ hökumətini beynəlxalq hüquq çərçivəsində ortaq inkişafa və cəmiyyətdə güclü birgəyaşayışın gücləndirilməsinə yönəlmiş əməkdaşlıq proqramı üzərində bizimlə işləməyə dəvət edirik".
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rodriqezə xəbərdarlıq edib və “düzgün iş görməyəcəyi” təqdirdə cəzalandırılacağını bildirib: “Əgər Delsi Rodriqez düzgün iş görməsə, onun üçün çox ağır cəza olacaq”.