“Mən Ədliyyə Nazirliyinə bu qaydalara yenidən baxılmasını təklif etdim”
Riqanın vitse-meri Edvards Ratnieks Latviyanın Ədliyyə Nazirliyinə ictimai yerlərdə rus dilindən istifadənin qanuni olaraq məhdudlaşdırılması tələbi ilə müraciət edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edib ki, ona yerli sakinlərdən şikayətlər daxil olur. Xüsusilə, Mixail Çexov adına Riqa Rus Teatrının reklam afişalarında rus dilindən istifadə etməsindən şikayətlənirlər. Ratnieks bunu “qəbuledilməz” adlandırıb.
“Bu cür reklamların yerləşdirilməsinə normativ-hüquqi aktlarla icazə verilir. Ona görə də mən Ədliyyə Nazirliyinə bu qaydalara yenidən baxılmasını təklif etdim”, - deyə o bildirib.
Ratnieks ictimai yerlərdə rus dilindən istifadəni azaltmaq üçün dövlət dili haqqında qanuna və hökumətin normativ aktlarına düzəlişlər təklif edib.