“Reuters”: İran atəşkəs danışıqlarını rədd edib

Dünya

16.06.2025 - 14:45

cedabet dərman SEO Xidməti

“İran hücum təhlükəsi altında danışıqlara getməyəcəyini açıq şəkildə bildirib"

İran vasitəçilərinə İsrailin zərbələrinə cavab verməyincə atəşkəslə bağlı danışıqlara hazır olmadığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.

"İranlılar Qətər və Oman vasitəçilərinə məlumat veriblər ki, onlar yalnız İran İsrailin qabaqlayıcı zərbələrinə cavabı tamamlayandan sonra ciddi danışıqlara başlayacaqlar. İran hücum təhlükəsi altında danışıqlara getməyəcəyini açıq şəkildə bildirib", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, Tehranın Oman və Qətərdən ABŞ-dan atəşkəs və nüvə danışıqlarının bərpasına vasitəçiliyə cəlb olunmasını xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər doğru deyil.

Oman son aylarda ABŞ və İran arasında nüvə danışıqlarında vasitəçilik edir. Baxmayaraq ki, sonuncu raund İsrailin İrana qarşı əməliyyata başlamasından bir gün sonra dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş