Restoran sahiblərinə xəbərdarlıq

Cəmiyyət

18.02.2020 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

“Havaya atılmaların qarşısını alın, sakinlərə narahatlıq yaratmayın”

 

Bəzi iaşə obyektlərindən və şadlıq saraylarından axşam saatlarında yenə də havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayətlər daxil olub. AYNA xəbər verir ki, bunu jurnalistlərə ETSN-in departament direktoru Ramal Bağırov deyib.

 

“Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır”, - o bildirib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş