Əhalinin siyahıyaalınması müəmması: 23 milyon manatın aqibəti araşdırılmalıdır

Cəmiyyət

16.10.2019 - 12:06

Siyahıyaalmanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var

 

“Səni siyahıya aldılar?” Yəqin ki, son günlər ən çox soruşulan suallardan biri budur. Mən də siyahıya alınmayan vətəndaşlardanam və ümumiyyətlə biz yaşayan mənzilə siyahıya almaqla bağlı müraciət olunmadı.

 

Qeyd edək ki, bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı.

 

Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim beyin mərkəzinə edilən müraciətlər göstərir ki, siyahıyaalınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazmdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert