Rəşt-Astara dəmir yolu ilə əlaqədar üçtərəfli görüş keçiriləcək

Xəbərlər

04.02.2025 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

“Tərəflər bu il razılaşma imzalamağı və işlərin davam etdirilməsini planlaşdırıblar”

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin Rəşt-Astara hissəsinin tikintisinin davamı ilə əlaqədar olaraq Azərbaycan, İran və Rusiyanın müvafiq struktur rəhbərlərinin görüşü keçiriləcək. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Diplomat bildirib ki, hər 3 dövlətin nəqliyyat, enerji və gömrük qurumlarının rəhbərlərinin görüşündə Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi barədə sənədin imzalanması müzakirə olunacaq.

Səfir vurğulayıb ki, “tərəflər bu il razılaşma imzalamağı və işlərin davam etdirilməsini planlaşdırıblar. Dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu hər 3 tərəfin iştirakı ilə tikiləcək”.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Yolun Rəşt-Astara hissəsinin tikintisi isə yarımçıq qalır. Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi daxil olmaqla Fars körfəzi ölkələrini ilə Cənub Şərqi Asiya ölkələrini nəqliyyat baxımından Rusiya və Avropa ilə birləşdirir. Fars körfəzi və Oman dənizi limanlarına daxil olan yüklər İran və Azərbaycan üzərindən Rusiyaya və əks istiqamətə daşınacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş