Respirator viruslar artıb

Xəbərlər

25.01.2023 - 15:48

“Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var”

“Son zamanlar havaların qeyri-sabit keçməsi ilə əlaqədar hər il soyuq mövsümdə gördüyümüz respirator viruslar artıb”. AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, virus üst və alt tənəffüs yollarını tutur: “Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var. Virus boğaz və burunun selikli qişasında yerləşir. Bunun nəticəsində boğazda ağrı və burun axması yaranır. Daha sonra virus bronxların selikli qişalarını zədələyərkən öskürək də yaranır. Bronxlarda selikli qişa tam bərpa olunana qədər bu davam edir”.

Müəllif: Ayna.az