XİN: “İran ABŞ-a hücuma müdaxilə etməmək barədə xəbərdarlıq edib”
Rəsmi Tehran İsveç vasitəsilə ABŞ-a İsrailə raket hücumunun özünümüdafiə haqqı olduğu mesajını çatdırıb. Həmçinin baş verənlərə müdaxiləyə qarşı xəbərdarlıq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri bildirilib ki, raket hücumu özünümüdafiə hüququdur və Tehran hücumları davam etdirmək niyyətində deyil: “İran həmçinin ABŞ-a xəbərdarlıq edib ki, kənara çəkilsin və müdaxilə etməsin”.
Qeyd edək ki, gecə saatlarında İran İsrailə raket zərbələri endirib.