Rəsmi Pekin Vaşinqtonu ittiham edib: “Dialoqa hazır deyil”

Dünya

08.04.2025 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

“Vaşinqtonun hərəkətləri onun ciddi dialoqa hazır olduğunu əks etdirmir”

“Əlavə rüsum siyasəti ABŞ-ın dialoqa hazır olmadığını göstərir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan deyib.

“Vaşinqtonun hərəkətləri onun ciddi dialoqa hazır olduğunu əks etdirmir. Əgər ABŞ müzakirələrə həqiqətən hazır olsaydı, siyasətini bərabərlik və qarşılıqlı hörmət üzərində qurardı. Birləşmiş Ştatlar iki ölkənin və beynəlxalq ictimaiyyətin maraqlarına məhəl qoymamaq, tarif və ticarət müharibəsini davam etdirmək qərarına gəlsə, Çin buna sonadək cavab verəcək”, - deyə XİN rəsmisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş