“Çin İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır”
“Çin İranın daxili işlərinə xarici müdaxiləyə qarşıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq "Reuters" agentliyinə verdiyi açıqlamada deyib.
Diplomat vəziyyəti şərh edərkən vurğulayıb ki, "Çin beynəlxalq münasibətlərdə güc tətbiqini və ya güc tətbiqi ilə hədələməyə qarşıdır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağıb . Ağ Ev rəhbəri etirazçılara qarşı basqılar dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini vurğulayaraq, "köməyin yolda olduğunu" əlavə edib.
Bundan əlavə, Amerika lideri İranda etirazçılara qarşı aqressiv tədbirlər görüləcəyi təqdirdə cavab tədbirləri və ciddi tədbirlər görüləcəyi ilə hədələyib.