Rəsmi Pekin: "Əsas vəzifə gərginliyin artmasının qarşısını almaqdır”

Dünya

07.05.2025 - 17:40

Həkimlər Klinikalar SEO Xidməti

Çin XİN: “Bütün müvafiq tərəflər ümumi konsensus və bunun üçün şərait yaratmalıdır"

“Ukraynadakı münaqişədə vəziyyətin gərginləşməsinə yol verməmək və bütün tərəflərin maraqlarına cavab verən konsensusa şərait yaratmaq lazımdır”. AYNA.AZ  “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian bildirib.

"Əsas vəzifə gərginliyin artmasının qarşısını almaqdır. Bütün müvafiq tərəflər ümumi konsensus və bunun üçün şərait yaratmalıdır", - diplomat qeyd edib.

Lin Cian həmçinin vurğulayıb ki, Qlobal Cənubun bir sıra ölkələri Ukraynadakı vəziyyətdə konstruktiv rol oynayır və münaqişənin sülh yolu ilə həllini sürətləndirməyə çalışır. Xüsusilə, o Çinin hərbi əməliyyatlara son qoymasını müdafiə edən mövqeyini xatırladıb.

Aprelin 1-də Çinin xarici işlər naziri Van Yi bəyan edib ki, Çin Ukrayna münaqişəsinin həllində ilk növbədə Qlobal Cənub ölkələri ilə birgə rol oynamağa hazırdır. Nazirin sözlərinə görə, Pekin cəlb olunan tərəflərin istəklərini nəzərə alacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş