“Biz daha çox qan tökülməsinin qarşısını almaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”
“Moskva hərbi əməliyyatları dayandırmağa və Yaxın Şərqin genişmiqyaslı silahlı münaqişəyə girməsinin qarşısını almağa çağırır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Vəziyyət tamamilə nəzarətdən çıxmazdan əvvəl zorakılıq zəncirini dayandırmağa təcili ehtiyac var. Biz daha çox qan tökülməsinin qarşısını almaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Rusiya XİN Livandakı genişmiqyaslı hava hücumlarını pisləyir və dinc əhalinin itkisinə səbəb olan ayrı-seçkilikdən kənar hücumların yolverilməzliyini xatırladır. Biz bundan çıxış edirik ki, regionda heç bir dövlətin təhlükəsizliyi başqalarının hesabına təmin edilməməlidir”, Zaxarova deyib.
XİN rəsmisi həmçinin rusiyalıları Livana səfərdən çəkinməyə, ölkəni tərk etmək istəyənləri isə Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə kommersiya reysləri həyata keçirməyə çağırıb.
Qeyd edək ki, İsrailin hücumları nəticəsində Livanın cənubunda qurbanların sayı 558-ə yüksəlib. BMT Livandakı münaqişənin uşaqlar üçün fəlakətli nəticələrini proqnozlaşdırıb.