Rəsmi Bakıdan Paşinyana Zəngəzur dəhlizi ilə bağlı CAVAB

Xəbərlər

17.10.2022 - 15:03

cedabet dərman SEO Xidməti

“3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Birgə Bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”. AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavabında əksini tapıb.

Qeyd edilib ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Birgə Bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır: “20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”.

Xatırladaq ki, Paşinyan Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsini artıq bir müddətdir açıqlandığını və hökumətin Azərbaycan tərəfindən bu təklifə müsbət cavab veriləcəyini gözlədiyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş