Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul edəcək

Xəbərlər

20.08.2025 - 13:35

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust 2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Siyəzən, Xızı rayonları və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş