Razuvayev: “Brüsselin Ermənistana ehtiyacı yoxdur”

Dünya

02.06.2026 - 18:27

“İrəvanın Avropa İttifaqı ilə ticarəti kəskin şəkildə artırmaq planları sadəcə Ermənistan riyakarlığıdır”

“Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın ölkəsinin 2026-cı ilin sonuna qədər Avropa İttifaqına ixracını dörd-beş dəfə artıracağı barədə açıqlaması sadəcə Ermənistanın riyakarlığıdır”. AYNA.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.

Razuvayev qeyd dib ki, yalnız iki ölkə belə kəskin artıma nail olub: Polşa və Türkiyə: “Lakin Brüsselin Ermənistana ehtiyacı yoxdur. Hətta ehtiyacı olsa belə, heç kim onu ​​içəri buraxmaz”.

“Rusiya bazarı Ermənistan üçün yeganə alternativdir. Üstəlik, bu postsovet respublikası Avropa İttifaqı ətrafındakı ölkələrlə eyni malları istehsal edir. Bu, ilk növbədə Azərbaycan və Türkiyəyə aiddir”, - deyə qeyd edib.

Razuvayev iddia edib ki, "deməli, İrəvanın heç bir üstünlüyü olmayacaq".

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin Avrasiya İqtisadi Birliyinin (AİB) imicinə xələl gətirə biləcəyini bəyan edib. O əmindir ki, bu məhdudiyyətlərdən imtina edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş