Rayonlara gediş-gəliş açılıb

Cəmiyyət

08.09.2020 - 00:23

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda karantin rejimi yenidən yumşaldılıb

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərara əsasən bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

 

AYNA xəbər verir ki, qərar bu gün saat 00:00-dan qüvvəyə minib.

 

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

 

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş