Rayonlara avtobusların gediş-gəlişi bərpa olundu

Xəbərlər

31.05.2021 - 08:41

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilib

 

Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

 

Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

 

Qeyd edək ki, şəhər və rayonlara avtobusların gediş-gəlişi ötən il martın 29-dan dayandırılmışdı.

 

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Müəllif: Ayna.az