“Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”
Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə lent.az-a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova məlumat verib.
“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”, - o bildirib.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.