Quterreş Qırğızıstan və Tacikistan liderlərini dialoqa çağırıb

Dünya

17.09.2022 - 23:27

BMT sərhəddəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır

BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.

"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş