Kolumbiya Prezidenti zərbələri məhkəməsiz “qətl” adlandırıb
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Karib dənizindəki gəmilərə narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə endirdiyi zərbələri məhkəməsiz “qətl” adlandırıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Karib dənizi sularında indi baş verənlər - silahsız insanlar raketlərlə vurularkən, təxminən 70 nəfərin ölümünə səbəb olan gəmilərə təkrarlanan bu zərbələr BMT qanunlarına əsasən məhkəməsiz qətllərdir", - deyə Petro "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.
Petronun mövqeyi Venesuela Prezidenti Nikolas Maduro tərəfindən də paylaşılır və o ABŞ-ın Karib dənizindəki hərəkətlərini müharibənin başlaması və sonradan ölkənin neft ehtiyatlarının ələ keçirilməsi üçün bəhanə adlandırıb.
Meksika və Braziliya hakimiyyəti də ABŞ-ı bu zərbələrə görə tənqid edib və onların fikrincə, bu zərbələr beynəlxalq hüququ pozur.