Sexin qalan hissəsi yanğından mühafizə olunub
Goranboy rayonunun Şahməmmədli kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 300 m² olan quşçuluq sexinin tavanı 20 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.