Qusardakı dəhşətli hadisə ilə bağlı rəsmi açıqlama

Hadisə

03.02.2020 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub

 

Fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində? onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən? təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir:

 

“Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçiriblər. İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş