Qusarda yük avtomobili fəhləni vuraraq öldürüb

Xəbərlər

06.04.2024 - 20:12

cedabet dərman SEO Xidməti

Şakir Abdullayev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu "TIR" vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş