Müxtəlif dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb
Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd olunub ki, iyunun 6-sı saat 18:30 radələrində rayon sakini, Şənlik Qaziyev idarə etdiyi “İSUZU” markalı avtomobillə yolu keçən piyada, 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.