Qusarda avtobus dərəyə aşıb

Xəbərlər

11.12.2023 - 16:46

İkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AYNA APA-ya istinadən xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.

Müəllif: Ayna.az