Qurban Məmmədov barəsində cinayət işi başlanıb

Xəbərlər

08.09.2020 - 11:40

cedabet dərman SEO Xidməti

Londonda yaşayan hüquqşünas bir neçə maddə ilə ittiham edilir

 

Hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədov barəsində Azərbaycanda cinayət işi başlanıb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Q. Məmmədov Cinayət Məcəlləsinin 220-ci (kütləvi ixtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

 

Nəsimi rayon Məhkəməsində bu gün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş