Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Xəbərlər

18.12.2023 - 11:58

Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan AYNA-ya verilən məlumata görə, İdarə Heyəti Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.

BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.

Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.

BAXCP belə bir təklifi zərur edən məqamlara ayrıca açıqlama ilə aydlıq gətirib və bununla bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş